"The Queen of Eurosiya" gözəllik müsabiqəsinin qalibi Sibel Dəmiralp infarkt keçirib.

Metbuat.az bildirir ki, türkiyəli model dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumatda onun vəziyyətinin stabil olduğu, həyatı üçün təhlükənin olmadığı qeyd edilib.

Qeyd edək ki, model "Fashion Week" nümayişinə hazırlaşırdı.

Orxan / Metbuat.az