Venesuela ordusunun bir qrup əsgərinin Kolumbiya sərhəddini keçərək qonşu ölkənin ərazisində düşərgə salması haqda xəbər yayılıb.

Metbuat.az bildirir ki, məsələyə Kolumbiya hökumətinin münasibəti də gecikməyib. Kolumbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, artıq Venesuela rəsmiləri ilə müzakirələrə başlanılıb. Nazirliyin nümayəndələri əsgərlərin düşərgə saldığı əraziyə göndərilib.

Orxan / Metbuat.az