Hollandiya milli komandasında iştirak etmək üçün vətəninə gedən Uesli Sneyder açıqlamaları ilə diqqət çəkib.
Metbuat.az bildirir ki, hollandiyalı jurnalistlər "Qalatasaray"ın futbolçusuna Ərdoğan və Türkiyənin siyasi vəziyyəti ilə bağlı suallar ünvanlayıblar. Türkiyə haqda mənfi fikir söyləməyən, türk millətini tərifləyən Sneyder hər kəsi təəccübləndirib:
"Türkiyə və Hollandiya arasındakı siyasi gərginlik heç vaxt mənim üçün ayrılıq səbəbi ola bilməz. Bu cür hadisələr hər yerdə baş verir. Ərdoğan ilə əl sıxdığım üçün peşman deyiləm".
Orxan / Metbuat.az