İranın şimal-şərqindəki Razavi Xorasan əyalətində qatı duman səbəbi ilə avtomagistralda zəncirvari qəza baş verib.

Metbuat.az bildirir ki, Məşhət-Nişapur prospektində qeydə alınan qəzada 130 avtomobil bir-birilə toqquşub. İlkin məlumata görə, 1 nəfər ölüb, 89 nəfər isə xəsarət alıb.

Qəza səbəbindən ərazidəki yollar bağlanıb. Polis araşdırmalara başlayıb.

Orxan / Metbuat.az