İraq ordusunun Mosulu İŞİD-dən azad etmək üçün apardığı əməliyyatlarda azı 40 nəfər ölüb.
Metbuat.az bildirir ki, İŞİD-ə endirilən hava zərbələri nəticəsində onlarla dinc sakin dağıntılar altda qalıb. Eyni zamanda, terrorçular tərəfindən əhalinin sıx yaşadığı bölgələrdə bomba yüklü avtomobillərin partladılması da insan tələfatını artıran amillərdəndir. İtkilərin daha da artacağı gözlənilir.
Orxan / Metbuat.az



