İsmayıllıda 5 otaqlı evdə yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri