Tarixin ən məşhur şəxslərindən əksəriyyəti türklərin döyüşkən ruhunu, mədəniyyətini, qonaqpərvərliklərini təqdir edərək, onlar haqda yüksək fikirdə olduqlarını dəfələrlə elan ediblər.

Metbuat.az məşhurlardan bəzilərinin türklər haqda fikirlərini təqdim edir:

Albert Sorel - "Dünyada iki naməlum güc vardır. Biri qütblər, digəri isə türklərin qüdrəti".

Lord Bayron - "Qılıncı xüsusi bacarıqla istifadə edən türklərin əli məğlub etdikləri insanların yarasını sağaltmaqda da mahirdir".

Gelland - "Türk dilini öyrəndiyim üçün xoşbəxtəm. Çünki türkü anlamaq üçün mütləq onun dilində danışmağı bilməlisən. Tərcüməçi işığı qapayan zövqsüz bir pərdədir".

Mulman - "Türklər kimi ölümün üzünə gülməyi bacaran ikinci bir xalq yoxdur. Ancaq onlara yaxşı bir rəhbər həmişə gərəkdir".

Kayzerlinq - "Türklər şübhəsiz ki, Avropa və Asiya tarixinin ən alicənab xalqıdır".

Orxan / Metbuat.az