Türkiyədə 11 aylıq körpə faciəvi şəkildə həyatını itirib.

Metbuat.az bildirir ki, hadisə Kırklarelinin Lüləburqaz mahalında baş verib. Valideyn məsuliyyətsizliyi ucbatından su dolu vedrəyə düşən körpə boğulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Orxan / Metbuat.az