Kür çayında 1 nəfər boğulub.
Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nefçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb oluub.
Hazırda batan şəxsin axtarışları davam etdirilir.