Qvatemalada oğurluq edən 4 şəxs kənd sakinləri tərəfindən yandırılıb.

Metbuat.az bildirir ki, Meksika sərhədində yerləşən San-Markos bölgəsindəki Makvel kəndində oğurluq edən şəxslər elə kənd sakinləri tərəfindən tutulub. Təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxilə etməsinə maneə törədən yerli camaat oğruları özləri cəzalandırıb.

Yandırılan 4 nəfərdən 3-nün öldüyü deyilir.

Orxan / Metbuat.az