Rusiyada qadınları xüsusi amansızlıqla öldürən manyakın bəzi cinayətlərinin təfərrüatı məlum olub.

Metbuat.az bildirir ki, 2015-ci ildə 24 qadına təzavüz edərək öldürdüyünə görə, ömürlük olaraq azadlıqdan məhrum edilən Mikail Popkov dindirmə zamanı daha 60 qadını öldürdüyünü etiraf edib. Manyak 20 il ərzində 16-40 yaş arasında ümumilikdə 84 qadını öldürdüyünü deyib.

Qeyd edək ki, o, cinayət əməllərinin əksəriyyətini Rusiyanın Anqars şəhərində törədib.

Orxan / Metbuat.az