Azərbaycanlı qadın bank rəhbəri təyin olundu

Azərbaycanlı mütəxəssis Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Tacikistan nümayəndəliyinin rəhbəri təyin olunub.

Metbuat.az bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, bu vəzifə Aytən Rüstəmovaya həvalə olunub.

O, bu vəzifədə Riçard Counzu (Richard Jones) əvəzləyib. Öz növbəsində R.Counz EBRD-nin baş ofisinə təyinat alıb.

Qeyd edək ki, A.Rüstəmova 2001-ci ildən etibarən ERBD-də çalışır. Onun sonuncu vəzifəsi EBRD-nin Bakı ofisinin baş bankiri olub.

"Mən EBRD-nin Tackistandakı fəaliyyətinə töhfə vermək üçün səbrsizlənirəm", - deyə o bildirib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR