İçərisində 140 sərnişinin olduğu təyyarə yandı

Peru Hava yollarına aid "Boeing 737" sərnişin təyyarəsi eniş zamanı texniki nasazlıq səbəbindən alışıb.

Metbuat.az bildirir ki, Fransisko Karl hava limanına enən təyyarə əvvəlcə yerə çırpılıb, sonra isə arxa hissəsində yanğın əmələ gəlib. İçəridəki 140 sərnişin təxliyyə olunub. Ölən və yaralananların olmadığı deyilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR