Azərbaycanı müxtəlif sahələr üzrə təmsil edən məşhur şəxslərdən bəziləri faciəvi şəkildə dünyasını dəyişiblər.

Metbuat.az evində ölü tapılan azərbaycanlı məşhurları təqdim edir:

İlhamə Quliyeva - Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardımına çağırış daxil olub. Xalq artistinin evinə gedən həkimlər onun keçindiyini görüblər. Müğənni ötən il fevralın 25-də ürək tutmasından vəfat edib.

Azərbaycanlı bu məşhurlar evində ölü tapıldı

Psixoloq Dəyanət Rzayev - Özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, bu ilin fevral ayında evində ölü tapılıb.

Azərbaycanlı bu məşhurlar evində ölü tapıldı

Aktyor Elçin Həmidov - Ürək xəstəliyindən vəfat edib. Pəncərədən evə daxil olan FHN əməkdaşları orada E.Həmidovun cəsədini tapıblar.

Azərbaycanlı bu məşhurlar evində ölü tapıldı

Model Tatyana Kanalinaya - Yaşadığı evdə ölü tapılıb. Onun dəm qazından zəhərləndiyi bildirilir.

Azərbaycanlı bu məşhurlar evində ölü tapıldı


Ələkbər Məmmədov - Məşhur futbolçunun meyiti yaşadığı evdə tapılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Azərbaycanlı bu məşhurlar evində ölü tapıldı