Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada Qara dənizdə ABŞ-ın patrul gəmilərinin hərəkət etməsi Rusiya üçün təhdid xarakteri daşıdığı qeyd olunub.
Metbuat.az bildirir ki, gəmilərin hansı raket qurğuları ilə təmin olunduğu müəyyən olmadığı üçün Rusiya hökuməti bundan narahatdır. Eyni zamanda, Rusiya ABŞ-ın qlobal raketdən müdafiə sisteminin dünyada yeni bir silahla təchiz olunmaq yarışının başlanğıcı hesab edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda Rusiya və Çini nəzarət altında saxlamağa çalışan ABŞ-ın qlobal raketdən müdafiə sisteminin dünya təhlükəsizliyinə təhdid olaraq düşünüldüyü vurğulanıb.
Orxan / Metbuat.az