Kolumbiyanın Arauka bölgəsinə partizan təşkilatı hesab olunan Milli Qurtuluş Ordusu tərəfindən edilən hücumda 2 əsgər ölüb, 3-ü isə yaralanıb.
Metbuat.az bildirir ki, Venesuela sərhədindəki Araukaya aid Fortul şəhərində hərbi konvoya hücum reallaşdırılıb. Hadisədən sonra Kolumbiya prezidenti Xuan Manuel Santos ölənlərin ailələrinə başsağlığı verərək təhlükəsizlik qüvvələrinə partizanlara qarşı əməliyyatların 2 dəfə gücləndirilməsini tapşırıb.
Orxan / Metbuat.az