"Sherlock" serialı və "Doctor Strange" filminin ulduz aktyoru Benedik Kamberbak ikinci dəfə ata olub.
Metbuat.az bildirir ki, rejissor Sofiya Hanter ilə evli olan aktyorun ikinci övladı da oğlandır. Cütlük yeni doğulan körpəyə Hal Auden adını qoyub.
Qeyd edək ki, Benediklə Sofiya 2015-ci ildə ailə həyatı qurublar.
Orxan / Metbuat.az