Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin eyvanının qapısı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.