Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən verilən şərhdə Suriyada son 6 ildə vətəndaş müharibəsi səbəbiylə ölkəni tərk edərək sığınacaq axtaran şəxslərin 5 milyonu keçdiyi qeyd olunub.
Metbuat.az bildirir ki, 30 mart 2016-cı il Cenevrə konfransı zamanı 2018-ci ilə qədər 500 min suriyalının digər ölkələrdə yerləşdirilməyinə razılıq əldə olunmasına baxmayaraq, bu günədək yalnız 250 min nəfər müvafiq sığınacaqlarla təmin olunub. Eyni zamanda, başda Türkiyə olmaqla, Livan, İordaniya, İraq və Misirdə yüz minlərlə suriyalı immiqrant məskunlaşıb. Türkiyədə bu rəqəm 3 milyona bərabərdir.
Orxan / Metbuat.az