Çində bir çox məhsullarının süni formalarının yaradılması çoxlarına məlumdur.

Metbuat.az bildirir ki, bu dəfə isə süni yumurta hazırlanıb. Yeni yumurtalar tamamilə kimyəvi maddələrdən ibarətdir. Artıq həmin yumurtaların bir çox ölkələrə ixrac olunduğu da deyilir.

Süni yumurtanı təbiidən belə ayırmaq olar: əgər yumurtanın forması normal deyilsə, yaxud onun sarısını əhatə edən ağ zolaq yoxdursa, deməli sünidir. Yumurtanı qırdıqda, onun sarısının ağına tez qarşışması da süni olmaq ehtimalını artırır. Süni yumurtaların qabığının daha parlaq və sərt olduğunu da qeyd edək.

Mütəxəssislər süni yumurtanın qaraciyər, beyin və sinir sistemində narahatlıqlara səbəb olduğunu bildirirlər.

Orxan / Metbuat.az