İraq Nümayəndələr Məclisi Kərkükdə qubernatorluq və dövlət əhəmiyyətli binaların üzərində İraq Kürd Regional Rəhbərliyinin bayraqlarının yerləşdirilməsinə qadağa qoyub.

Metbuat.az bildirir ki, ölkə konstitusiyasının 11-ci maddəsinə görə, bütün iraqlıların bərabər hüquqlara malik olması və sözügedən bayraqların milli zəmində təhlükə törətməsi vurğulanıb. Yeni qərara əsasən, Kərkükdəki binalarda yalnız İraq bayrağı dalğalandırıla bilər.

Orxan / Metbuat.az