Prezident İlham Əliyev Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. O, hazırda Milli Məclisin deputatıdır, Azərbaycanın əməkdar mühəndisi, texnika elmləri doktorudur.