Ağ Evdən verilən açıqlamada Suriya prezidenti Bəşər Əsədin taleyinə Suriya xalqının qərar verməsinin vacibliyi vurğulanıb.

Metbuat.az bildirir ki, ABŞ-ın bölgədə yalnız İŞİD-lə mübarizə aparması və Suriya xalqının ölkədə istədikləri siyasi rejimin qurulmasına hüquqlarının olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Barak Obamanın dövründə Bəşər Əsədə münasibətlə indiki münasibətin arasında böyük fərq olduğu da vurğulanıb.

Orxan / Metbuat.az