Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD / AZN məzənnəsini açıqlayıb.

AMB-dən Metbuat.az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7244 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin stabil saxlanılması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu.