İşlədiyi xəstəxanada xəstələri xüsusi amansızlıqla öldürən Donald Harvey həbsxanada öldürülüb.

Metbuat.az bildirir ki, "Ölüm mələyi" ləqəbli 64 yaşlı Harvey Ohayo həbsxanasında başından endirilən zərbə nəticəsində həyatını itirib.

Qeyd edək ki, Harey 1987-ci ildə 37 xəstəni öldürməkdə günahkar hesab olunaraq, ömürlük azadlıqdan məhrum edilmişdi.