Çinin Quyçjou əyalətində ağır yol qəzası baş verib.

Metbuat.az-ın verdiyi xəbərə görə, hadisə Pintzsyan şəhərində qeydə alınıb.

Naməlum səbəbdən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və çaya düşüb. Nəticədə sürücü daxil olmaqla 8 nəfər ölüb.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.