Məşhur argentinalı keçmiş futbolçu Dieqo Maradona Yaponiyanın video oyunları firması "Konami"ni məhkəməyə verəcəyini açıqlayıb.
Metbuat.az bildirir ki, Maradona "Pro Evolution Soccer" adlı oyunda öz görünüşünün icazəsiz olaraq istifadə edildiyini iddia edib. Oyunda bir vaxtların digər əfsanəvi futbolçularının adlarına da rast gəlmək olar.
Orxan / Metbuat.az