Fransa Daxili İşlər Nazirliyi Sankt-Peterburqdakı partlayışdan sonra Parisdəki ictimai nəqliyyat vasitələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Metbuat.az bildirir ki, Rusiyadakı ardıcıl terror hadisələrinin ardından Fransada metro stansiyalarına həyəcan verilib. Xüsusilə, Eyfel qülləsinin ətrafında yerləşən ərazilərə əlavə polis qüvvəsi göndərilib.

Xatırladaq ki, 13 noyabr 2015-ci ildə Parisdə 6 fərqli ərazidə törədilən terror nəticəsində 130 nəfər həyatını itirib.

Orxan / Metbuat.az