Şəmkirdə yanğın hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.