Şimali Koreyanın növbəti dəfə nüvə raketlərini sınaqdan keçirməsi bölgədə müharibə təhlükəsini daha da alovlandırıb.
Metbuat.az bildirir ki, ABŞ-ın xarici işlər naziri Reks Tillerson Şimali Koreyanın bu əməllərinə şərh verməkdən yorulduqlarını ifadə edib. Bu sirli açıqlamanın kökündə nələrin dayandığını bilmək çətindir. Eyni zamanda, ballistik raket sınaqlarının nə vaxta qədər davam edəcəyi və hansı təhlükədən xəbər verməsi əsas müzakirə mövzusudur.
ABŞ rəsmiləri bütün variantların tükəndiyini və müzakirələrin heç bir fayda vermədiyini dilə gətiriblər. Hazırda isə diqqətlər Donald Trampın Çinə səfərinə yönəlib. Bu görüşdən sonra Şimali Koreya ilə bağlı yekun qənaətə gəlinəcəyi güman olunur.
Orxan / Metbuat.az