Türkiyənin Maltepe əyalətində silahlı insident baş verib.
Metbuat.az bildirir ki, hadisə yerinə cəlb olunan polis əməkdaşlarının xəbərdarlığını nəzərə almayan iki silahlıdan biri bu dəfə polis avtomobilinə atəş açıb. Baş verən atışma zamanı silahlılardan biri yaralanıb. Digəri isə qaçmağa müvəffəq olub.
Hadisədən sonra əraziyə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub. Şübhəlinin ələ keçirilməsi üzrə axtarışlar davam etdirilir.
Orxan / Metbuat.az