İtaliyanın paytaxtı Romada yaşayan şəxs qonşusunun mətbəxindən davamlı olaraq kartof qızartması qoxusu gəldiyinə görə, onu məhkəməyə verib.

Metbuat.az bildirir ki, şikayətçi tərəf həmin qoxudan bezdiyini, qızardılmış kartof qoxusunun sanki onun mətbəxindən gəlirmiş kimi ifrat təsir bağışlamasını qeyd edib. Şikayət edilən şəxs isə qonşusunun paxıl olduğuna görə bu qoxunu bəhanə edərək, onu məhkəməyə verdiyini söyləyib. Məhkəmədə verilən yekun qərarda həmin şəxsin şikayəti təmin olunub. Qonşunun mətbəxindən gələn qoxunun "dözümlülük limiti"ni aşdığı vurğulanıb. Beləliklə, haqqında iddia qaldırılan şəxs 2 min avro cərimə olunub.

Orxan / Metbuat.az