Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriyanın İdlib şəhərindəki qətliamla bağlı toplantı baş tutub.

Metbuat.az bildirir ki, toplantıya ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley başçılıq edib. Hücum zamanı həlak olan uşaqların fotoşəkilləri toplantı iştirakçılarına nümayiş olunub. Suriyada davam edən Bəşər Əsəd rejimi kəskin tənqid edilib.

Mərasimdə diqqət çəkən əsas məqam isə Haleyin çıxışından sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkovun salondan çölə çıxması olub. Bir neçə dəqiqədən sonra yenidən qayıdan Safronkov bu dəfə telefonuna gələn mesajlara fikrini yönəldib.

Orxan / Metbuat.az