İndoneziya donanması qanunsuz olaraq balıq ovu ilə məşğul olan 81 qayığı məhv edib.
Metbuat.az bildirir ki, suya qərq edilən qayıqların arasında xarici dövlətlərə məxsus olanları da var. Onların arasında Tayland və Vyetnamdan olanlar çoxluq təşkil edir. Qayıqların yalnız insanlar təxliyyə olunduqdan sonra məhv edildiyi də diqqətə çatdırılıb.
Orxan / Metbuat.az