İŞİD terrorçuları Mosul şəhərində növbəti dəfə qətliam törədiblər.

Metbuat.az bildirir ki, terrorçulardan canlarını qurtarmağa çalışan 14 nəfər elektrik dirəyindən asılıb. Keçən həftədən bu günədək Mosulda İŞİD terrorçuları tərəfindən öldürülən vətəndaşların sayı 140-çatıb. BMT-dən verilən məlumata görə, Mosulun qərbində 600 min insan ətrafdan təcrid olunmuş vəziyyətdə qalıb. Onlar İŞİD-in hücumlarından sonra öz evlərini tərk edərək digər etibarlı ərazilərə keçə bilməyən şəxslərdir.

Orxan / Metbuat.az