ABŞ liderliyindəki koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın Raqqa şəhərini bombalayıb.

Metbuat.az bildirir ki, nəticədə, 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb. Raqqanın 30 kilometr qərbində yerləşən Hanida əyalətinə endirilən zərbələr terrorçulara qarşı həmlə kimi dəyərləndirilib. Hücumun detalları barədə hələlik məlumat verilmir.

Orxan / Metbuat.az