Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib.

Metbuat.az bildirir ki, bu barədə meyxanaçı Ağamirzə məlumat verib.

O bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğu deyilir.