Türkiyənin Van şəhərində 4.2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az bildirir ki, zəlzələnin episentri Tuşba mahalında qeydə alınıb. Dərinliyi isə 19,85 kilometr təşkil edib. Dağıntılar və insan tələfatının olmadığı deyilir.