Şagirdlər arasında dava

Türkiyədə lisey şagirdləri arasında baş tutan dava 3 nəfərin xəsarət alması ilə nəticələnib.

Metbuat.az bildirir ki, hadisə Qarsda qeydə alınıb. Şagirdlərin mübahisəsi davaya çevrilib və onlar bıçağa əl atıblar. Xəstəxanaya çatdırılan şagirdlərin həyati təhlükəsinin olmadığı açıqlanıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR