23 yaşlı motosikletçi faciəvi şəkildə öldü

Bakıda ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, dünən axşam Binəqədi rayonu ərazisindəki yol kəsişməsində "Mercedes" markalı minik avtomobili motosikleti vurub. Nəticədə motosiklet bir neçə metr qarşı tərəfə düşüb. 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. // Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR