Türkiyədə fransalı diplomat öldü

Türkiyədə hava şarının güclü küləyin təsiri ilə öncə yüksək gərginlikli elektrik xəttinə, daha sonra isə yerə çırpılması nəticəsində ölən turistin şəxsiyyəti müəyyənləşdirilib.

Metbuat.az-ın verdiyi məlumata görə, Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.

Qeyd edək ki, hava şarının yerə çırpılması nəticəsində 20 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükə yoxdur. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR