Avtomobil sürücülərinə şad xəbər

Bir neçə müddətdir ki, təmirə dayandırılan paytaxtın əsas işlək yollarından olan Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq.

Metbuat.az bildirir ki, mərkəzi küçələrdən biri olan bu yolun bağlanması nəqliyyatın hərəkətində müəyyən problemlərə səbəb olmuş və tıxaclar yaranmışdı. Yolda aparılan genişləndirmə işləri ilə burada artıq nəqliyyat vasitələri daha rahat hərəkət edəcək.

Paytaxtın Yusif Səfərov küçəsində yenidən qurma işləri davam edir. Yolun Neftçilər prospektindən Heydər Əliyev mərkəzi istiqamətinə gedən hissəsi genişləndirildikdən sonra digər hissəsi də təmirə bağlanmışdı. Artıq həmin hissədə də işlər yekunlaşmaq üzrədir.

Bununla bərabar yolun genişləndirilmiş hissəsidə də təmir işləri aparılıb. Həmin ərazidə yeni asfalt örtüyü çəkilib.

Yolun təmiri başa çatdıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlıqında yeni yer üstü piyada keçidinin salınmasıda nəzərdə tutulur. // Xezerxeber.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR