"YouTube"-da çoxdan gözlənilən yenilik

"YouTube" şirkəti tətbiq edəcəyi yeni funksiya sayəsində tamaşaçı kütləsini daha da artırmağı planlaşdırır.

Metbuat.az bildirir ki, bundan sonra "YouTube"-dakı videolara yazılan şərhləri də tərcümə edə biləcəyik. Yeni tətbiq 76 dildə tərcümə etmək bacarığına sahibdir. Artıq çoxları üçün əlçatmaz olan dillərdə yazılan şərhlərin mənasını asanlıqla öyrənəcəyik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR