Aprel şəhidi anılıb - FOTO

Aprel şəhidi anılıb - FOTO
22:47 9 Aprel 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Ağsu rayonunun Bico kəndində ötən ilin aprel döyüşləri zamanı şəhid olmuş Toğrul Fərəczadənin anım mərasimi keçirilib.

Milli.Az bildirir ki, mərasimdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, sakinlər iştirak edərək şəhidin qəbri üstünə tər qərənfillər düzüblər.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev, deputat Tahir Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətov, Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev aprel döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar.

Şəhidin doğulduğu Bico kəndinin məktəb direktoru Yaşar Qarayev Toğrulun məktəb illərində nümunəvi şagird olduğunu bildirib, Vətənə məhəbbətindən və keçdiyi qəhrəmanlıq yolundan danışıb.

Şəhidin valideynləri övladlarının ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmasının qürurverici olduğunu bildirib, dövlət tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bütün şəhidlərinin qisasının alınacağına, torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.

Sonda Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR