Pakistanda seçkilərə etiraz edənlərlə polis arasında toqquşma

Pakistanın Kaşmir şəhərindəki Srinaqar bölgəsində seçkilərə etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma zamanı 6 nəfər ölüb, azı 24 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, etirazçılar bir neçə binanı və stansiyaları yandırıb. Polis onlara qarşı bibər qazı və rezin güllələrdən istifadə edib. Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazidə boykot edilən seçkilərin aprelin 12-də yenidən keçirilməsi planlaşdırılır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR