Bakıda çoxmərtəbəli binada yanğın

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Metbuat.az bildirir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR