Almaniya xəbərdarlıq etdi

Almaniya Suriyada qarşıdurmaların daha da böyüməsi təhlükəsinin olduğunu xəbərdarlıq edib.

Metbuat.az bildirir ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabriel ABŞ-ın Suriyanı bombalamasının ardından ərazidə hərbi baxımdan vəziyyətin kritik həddə çatdığını qeyd edib. Suriyadakı problemlərin yalnız ABŞ və Rusiyanı deyil, Səudiyyə Ərəbistanı, İran və qonşu ölkələri də maraqlandırdığını deyən nazir, məlum müdaxilənin problemi kompleks hala gətirdiyinə diqqət çəkib.

Siqmar Qabriel ilk öncə Rusiyanı birmənalı olaraq Suriyaya dəstək verməsi mövqeyindən yayındırmağın vacibliyini vurğulayıb. O, Almaniya, Fransa, İtaliya və İngiltərə xarici işlər nazirlərinin bu məsələni birgə təhlil edəcəyini açıqlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR