Bu küçədə geri dönmə ləğv edildi - FOTO/VİDEO

Bu küçədə geri dönmə ləğv edildi - FOTO/VİDEO
11:28 10 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, bununla da 1.25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub.

Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədərgenişləndirilib. Yol ayrıcının 2 min m2 sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2500 p/m yeni səki daşı düzülüb.

Qeyd edək ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin 28 may küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5-6 hərəkət zolağına qədər genişləndirilib.

Bundan başqa, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb. Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxarıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/194449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR