Brilliant Dadaşova GİZLİNLƏRİ AÇDI: "Özünü mənə oxşadırdı" - FOTO

Brilliant Dadaşova GİZLİNLƏRİ AÇDI: "Özünü mənə oxşadırdı" - FOTO
19:05 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Sənət adamlarının stili hər zaman gənclər tərəfindən maraqla qarşılanıb. Çoxları özünü onlara bənzətməyə çalışır.

Xalq artisti Brilliant Dadaşova da dəbi diktə edənlərdən olduğunu deyir.

Milli.Az bildirir ki, yeniçağ.az-a açıqlama verən illərin sənətçisi xanımların hər zaman ona bənzəmək istədiklərini deyib:

"Bir vaxtlar hansı salona gedirdimsə, xanımlar məhz o salona gedirdilər. Xanımlar özlərini mənə oxşatmaq istəyirdi. Özləri də deyirdilər ki, bizim saçımız da Brilliant Dadaşovanın saç kəsimi və rəngində olsun. Elə geyimlərimi də özlərinə nümunə kimi götürüblər. Çalışdığım modelyer Fəxriyyə Xələfova və dünya dizaynerlərinin geyimindən alıb geyinirdilər".

Sənətçi gözəl vücuda malik olmasına görə idmana minnətdar olduğunu deyir:

"Ən çox xoşuma gələn bu idi ki, qadınlar arıqlamaq üçün mənim kimi idmanla məşğul olurdular. Hər şeyi qoruyub saxlamaq çətindir. Çünki zaman keçir. Hər şey dəyişir və dəyişməlidir də. Pəhriz saxlayan da deyiləm, çünki mən qurmanam, yeməyi xoşlayıram, amma qədərində... Hələ ad günlərimdə bişirilən tortlara heç laqeyd qala bilmirəm. Mütləq dadına baxmalıyam. Hətta kababı belə çeynəyib udmuram, şirəsi bəsimdir. Soyuducum demək olar ki, heç vaxt dolu olmur. Amma həmişə pendir taparsan. Bacılarıma bir məsləhət verirəm: az yeyin. Çünki bütün xəstəliklər elə çox yeməkdən yaranır. Artıq çəkinin özü belə xəstəlikdir. Sağlam həyat yaşayıram, idmanla məşğul oluram. İnsan özünü qorumalıdır. Həyata bir də gəlməyəcəyik ki...".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR