Venesuelada etiraz aksiyaları səngimək bilmir

Venesuelada hökumət əleyhinə baş tutan etirazlar 10 gündür ki, fasilələrlə davam edir.

Metbuat.az bildirir ki, müxalifətin liderlərindən biri hesab olunan Enrike Kaprilesin siyasi proseslərdə sıxışdırılması ilə başlayan nümayişlərdə etirazçılar yeni seçkilərin keçirilməsini tələb edirlər. Etirazın miqyası paytaxt Karakasda xüsusilə böyüyür. Müxalifət mənbələrindən verilən məlumatda aprelin 19-da indiyədək ölkə tarixində görülməmiş bir aksiyanın keçiriləcəyi qeyd olunub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR